Sosial şəbəkədə biz:

Sahibkarlığa Kömək Milli Fondunda ciddi nöqsanlar aşkarlandı

<strong><span style="color: #ff0000;">Sahibkarlığa Kömək Milli Fondunda ciddi nöqsanlar aşkarlandı</span></strong> Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Sahibkarlara Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlilin nəticələri müzakirə edilib. Virtualaz.org-un məlumatına görə, fəaliyyət istiqaməti üzrə məsul auditor M. Əlişanova bildirib ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi məqsədilə vəsaitlərin ayrılması ilə əlaqədar fondun müvafiq qaydada proqnoz göstəriciləri barədə təqdim etdiyi məlumatlar tam əhatəli olmayıb, müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz və cərimə məbləğlərinin fondun hesabına vaxtında tam ödənilməsi təmin edilməyib. Eyni zamanda bir sıra hallarda iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan müsabiqələr keçirilməyib, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlər nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmayıb. Təhlil zamanı Fond qarşısında öhdəliyi yaranmış müvəkkil kredit təşkilatları üzrə risk dərəcələrini və xüsusi meyar göstəricilərini özündə təfsilatı ilə əks etdirən nəzarət mexanizminin hazırlanmasının, idxal asılılığı olan məhsullar üzrə nümunəvi layihələrin hazırlanaraq sahibkarlara təqdim edilməsi və onun təşviq edilməsi istiqamətində əməli tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunub. Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və SKMF-na göndərilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol