Sosial şəbəkədə biz:

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

25 June 2019, 11:11
Gündəm

Prezident İlham Əliyev Əməkdar artist, Prezident mükafatçısı Sənubər İsgəndərliyə mənzil hədiyyə edib. 

Bu barədə Sənubər İsgəndərli özünün “Facebook” səhifəsində məlumat yayıb.“Möhtərəm Cənab Prezident! Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. 

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!”