Sosial şəbəkədə biz:

Təhsil İdarəsinin yeni xanım müdiri

29 December 2015, 09:33
Gündəm
Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarovun dekabrın 28-də imzaladığı əmrə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. “ Azinforum.az ” modern.az-a istinadən BŞTİ-nin yeni müdirinin tərcümeyi-halını təqdim edir: Məhəbbət Məhərrəm qızı Vəliyeva 04.09.1968-ci il tarixində doğulub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuni bitirib. Rus dili və ədəbiyyatı müəllimi ixtisasına malikdir. 1991-2003-cü illərdə Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib. 2003-2008-ci illərdə “XXI” əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru olub. 2014-cü il 5 dekabrdan bu günə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyirdi.