Sosial şəbəkədə biz:

İmişlidə bankın binasına qaz balonu atdılar

<strong><span style="color: #000000;">İmişlidə bankın binasına qaz balonu atdılar</span></strong> Dünən İmişli rayonunda Unibankın binası önünə qaz balonu atıblar. Avropa.info-nun əməkdaşı Saleh Qafarlının  verdiyi məlumata görə, bankın önünə atılan qaz balonunun partlaması nəticəsində xəsarət alan olmayıb. Hadisənin axşam saat 21 radələrində baş verdiyini deyir. İmişli rayon Polis İdarəsi gücləndirilimiş iş rejiminə keçib. Polis rayondakı obyektlərin mühafizəsini gücləndirib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Verilən məlumata görə,  qaz balonunun partladılması ilə bankın inzibati binasına da zərər dəyməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol