Sosial şəbəkədə biz:

Oqtay Şirəliyevin oğluna yeni vəzifə verildi

<strong><span style="color: #000000;">Oqtay Şirəliyevin oğluna yeni vəzifə verildi</span></strong> Beynəlxalq Bankın Rusiyadakı törəməsinin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin (“ABB-Moskva”) Müşahidə Şurasının tərkibi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M. Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir. O, səhiyyə naziri Oqtay Şirəliyevin böyük oğludur. Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F. İslamov ABB-nin baş direktoru, M. Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur. Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q. Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub. Əlavə edək ki, E. Həbibullayev hazırda ABB-nin baş direktorudur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol