Sosial şəbəkədə biz:

Mariya Stadnik Azərbaycana 3-cü qızıl medalı qazandırdı

28 June 2019, 20:33
Gündəm

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb. 

Belə ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ukraynalı Oksana Livaçla qarşılaşıb. Stadnik görüşü 7:1 hesablı qələbə ilə başa vurub.Qadın güləşçimiz bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycana üçüncü qızıl medalı qazandırıb.