Bakıda möhtəşəm toy mərasimi: Türkiyə və Azərbaycan qazilərinin övladları ailə qurur (FOTOLAR)
Bu gün Bakıda türk dünyası üçün əlamətdar toy şənliyi keçirilir.
"Şuşa" restoranında Türkiyə qazisi ilə Qarabağ qazisinin övladlarının nigah mərasimində bir çox tanınmışlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edirlər.
Türkiyə Muhalif Qazilər Dərnəyi"nin İstanbul şöbəsinin baş katibi Ahmet Kulakın oğlu Ömər Kulakla Əfqanıstan və Qarabağ qazisi Kərim Şirinovun qızı Ramilə Şirinova ailə həyatı qururlar.
Toy mərasimində müxtəlif təşkilat sədrləri və tanınmış şəxslər iştirak edirlər.


Məğrur,
Musavat.com