Sosial şəbəkədə biz:

Gürcüstan Konstitusiyasına dəyişiklik ediləcək

29 June 2019, 16:03
Gündəm

Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklik edəcək.

AZƏRTAC xəbər verir ki, dəyişiklik parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi ilə əlaqədardır.

Gürcüstanda müxalifətin keçirdiyi etraz aksiyalarında irəli sürülən tələblərdən biri də 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi idi. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətin tələbini nəzərə alıb və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsi artıq parlamentə təqdim olunub.