Sosial şəbəkədə biz:

Xarab olub yolda qalan “Mercedes”ə çırpıldı - VİDEO

29 June 2019, 17:52
Gündəm

Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəza kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı avtomobil yüksəksürətli yolun ortasında xarab olub. Sürücü kapotu açaraq maşını təmir etməyə çalışıb.

Bu zaman yüksək sürətlə gələn yük maşını dayanmış avtomobili vurub.

Sürücü son anda maşının yanından qaçaraq, həyatını xilas edir.