Sosial şəbəkədə biz:

Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda

29 December 2015, 17:33
Gündəm
Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.