Sosial şəbəkədə biz:

Ayaz Mütəllibov xanımı ilə belə vidalaşdı - Fotolar

05 July 2019, 17:53
Gündəm

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

“ Azinforum.az ” ın “Report”a istinadən xəbərinə görə, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.