Sosial şəbəkədə biz:

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı - Fərman

29 December 2015, 18:23
Gündəm
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilir. Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilir, “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilir. Müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır. Məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: