Sosial şəbəkədə biz:

Ziya Məmmədovun oğlunun şirkəti ləğv edildi

30 December 2015, 10:53
Gündəm
Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub. Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər. Qeyd edək ki, şirkət nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.