Sosial şəbəkədə biz:

Saatlıda qadın özünü güllələdi

30 December 2015, 13:21
Gündəm
Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə dekabrın 29-da Saatlı rayonunun Azadakənd kəndində baş verib. Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb. Araşdırmalar aparılır.