Sosial şəbəkədə biz:

Türkiyə Rusiyanın turizm sektorunu diz çökdürdü

<strong><span style="color: #000000;">Türkiyə Rusiyanın turizm sektorunu diz çökdürdü</span></strong> Rusiya hökuməti dekabrın 30-da verdiyi qərarla 19 turizm operatorunun adını federal reyestrdən çıxarıb. Vesti.ru bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Turinaya istinadən bildirir. “Gərək bunu dekabrın 30-da, müştərilərin tətilə hazırlaşdığı və ya yola çıxdığı vaxt etməzdilər. Bizim müştərilərin hüquqları pozulub və lazım gələrsə aidiyyatı qurumlara müraciət edcəyik” - deyə İ.Turina narazılığını ifadə edib. Bir sıra operatorlar ya Türkiyənin yurisdiskiyası ilə, ya da Türkiyə vətəndaşlarının rəhbərliyi altında fəaliyyət göstərirdlər. Bu ilin noyabrında Türkiyə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsini vurduqdan sonra iki dövlət arasında münasibətlər pisləşdi. Bu səbəbdən Türkiyənin Rusiyada tikinti, turizm və s. sahələrdə fəaliyyətinə qadağalar qoyuldu. O cümlədən turizm şirkətlərinə Türkiyə səfərlər təşkil etmək yasaqlandı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol