Sosial şəbəkədə biz:

ATƏT-ə sədrlik Almaniyaya keçib

01 January 2016, 13:19
Gündəm

Yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyi Serbiyadan Almaniyaya keçib.

Almaniya 2016-cı il boyunca təşkilata rəhbərlik edəcək.Qeyd edək ki, ATƏT-ə sədr dəyişikliyi rotasiya əsasında hər il baş verir. Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.(Report)