Sosial şəbəkədə biz:

Güclü qar Bakı aeroportunun işinə təsir etməyib

02 January 2016, 10:51
Gündəm
Gecə saatlarından davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur. Bunu Trend-ə hava limanında deyiblər. Qeyd edilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.