Sosial şəbəkədə biz:

Güclü qar Bakı-Balakən qatarının hərəkətini dayandırdı

<strong><span style="color: #000000;">Güclü qar Bakı-Balakən qatarının hərəkətini dayandırdı</span></strong> Azərbaycanda hökm sürən qarlı hava şəraiti dəmir yollarının işinə də təsir edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, güclü qar səbəbindən Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar hazırda Qax rayonu ərazisində dayanıb. N.Əzməmmədov bildirib ki, hazırda həmin ərazidə təmizlik işləri aparılır. Onun sozlərinə görə, Qax rayon İcra Hakimiyyətinə müraciət olunub ki, sərnişinlərin ünvana çatdırılması üçün nəqliyyat vasitəsi təmin etsin: “Çünki yolun təmizlənməsi bir az vaxt aparacaq. Yağan qarın səviyyəsi 70-80 sm təşkil edir. Əslində qatar hərəkətini davam etdirə bilər, ancaq təhlükəsizlik baxımından biz özümüz qatarın hərəkətini dayandırmışıq”. N.Əzməmmədov əlavə edib ki, digər istiqamətlərdə qatarların hərəkətində heç bir problem yoxdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol