Sosial şəbəkədə biz:

Səudiyyə Ərəbistanında 47 terrorçunu edam etdilər

02 January 2016, 13:09
Gündəm
Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib. Virtualaz.org-un Reuters-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar. Onların arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var. Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2014-cü ildən etibarən terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzaları sərtləşdirib.