Sosial şəbəkədə biz:

Baş Qərargah: Bu günədək 261 PKK terrorçusu öldürülüb

02 January 2016, 16:06
Gündəm
Türkiyənin Cizre, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Şırnakın Cizre rayonunda davam edən əməliyyat zamanı 3 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb. Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub. Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK silahlısı zərərsizləşdirilib.