Sosial şəbəkədə biz:

"Yazıçılar Birliyi zərərli qurumdur"

03 January 2016, 11:43
Gündəm
Yazıçı Əsəd Qaraqaplan Azərbaycan Yazıçılar Birliyiniin binasının satılması və yaxud qurumun ümumiyyətlə ləğvi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Əsəd Qaraqaplan Moderator.az-a açıqlamasında bildirib ki, bu təklifləri dəstəkləyir: "Mən AYB-nin üzvü deyiləm, heç vaxt da olmamışam. Bir tərəfdən baxanda bu qurumu əhəmiyyətsiz, hətta zərərli hesab edirəm. Ona görə birdəfəlik bağlansa, bütün söz-söhbətlər də bitər, yazarlar müstəqil şəkildə yazıb-yaradarlar".