Sosial şəbəkədə biz:

İcazəsiz küçə ticarəti ilə məşğul olanlar da cərimələnəcək

<span style="color: #000000;"><strong>İcazəsiz küçə ticarəti ilə məşğul olanlar da cərimələnəcək</strong></span>

Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunacaq.
APA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir.
Yeni “Qanunsuz küçə ticarəti” adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Hazırda qüvvədə olan məcəlləyə əsasən bununla bağlı məsuliyyət yoxdur.
Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol