“Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm” - Teymur Rəcəbovdan qələbə şərhi
"Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm".
"Chess-News.ru" xəbər verir ki, bu barədə Dünya Kubokundakı qalibiyətini şərh edən Teymur Rəcəbov danışıb.
32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini deyib: "Hər halda 15-16 yaşımda Harri Kasparovu məğlub etdiyim görüşdən sonra qeyd etməyimdən fərqli bir şey etməyəcəyəm. Baxmayaraq ki, Kasparovla görüş bir oyundan ibarət idi, amma məncə indiki qələbə ilə müqayisə oluna bilər".