Nazir şöbə müdirini direktor təyin etdi - İnam Kərimovdan daha bir dəyişiklik
Kənd təsərrüfatı naziri İnam Kərimov daha bir təyinata imza atıb.
Mia.az xəbər verir ki, o, KTN-nin Təhsil və Təlim şöbəsinin müdiri İmran Cümşüdovu Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin edib.
Xatırladaq ki, bu mərkəzin direktoru Elçin Zeynalov ötən həftə İnam Kərimovun müavini təyin olunub.