"Bu nazirliklər ləğv olunmalıdır" (SİYAHI) - "Ümid partiyası ANTİBÖHRAN proqramını açıqladı
Uzun illərdir aparılan iqtisadi siyasət iflas zolağındadır. Təksektorlu inkişaf xətti ölkənin sosial-siyasi-iqtisadi həyatını ciddi böhranla üz-üzə qoyub.
Neftdən gələn gəlirlərin səmərəli xərclənməməsi və gəlir gətirə biləcək iqtisadi strukturların formalaşdırılmaması, əlavə olaraq, idarəetmənin də ən pis formasının seçilməsi Azərbaycanın regionda və dünyada yerini tamamilə itirməsinə, ölkə daxilində isə inamsızlıq və psixoloji gərginliklə üz-üzə qalmasına səbəb olub. Ölkə böyük problemlərin astanasındadır - daxili və xarici faktorlar əleyhimizə işləyir. Həm regionda, həm də dünyada baş verən siyasi hadisələrə adekvat olmayan münasibətdən dolayı yaranan problemlər, həm də ölkə daxilindəki aqressiv və barışa söykənməyən siyasət ikitərəfli təzyiqin formalaşmasını qaçılmaz edib.
Dünyaya meydan oxumaq cəhdi, müstəqil siyasət yürütmək adı ilə ümumi qəbul olunmuş prinsipləri pozma, balanslı siyasət cəhdi kimi manevrlər nəhayətdə beynəlxalq təşkilatların və iri dövlətlərin deyəsən səbrini daşırdı. Bir zamanlar bəlkə kimsə özünü inandırmağa çalışsa da ki, bu siyasət effektli və sistemlidir, bu gün açıq-aydın sezilir ki, sadəcə bizdən istədikləri fərqli imiş. Zaman yetişəndə hər kəsdən mövqeyini formalaşdırmaq və səfini müəyyən etmək tələb olunacaq. İstəsək də, istəməsək də...
İqtisadi baxımdan uğurlu hesab edilən siyasət də dəfələrlə deməyimizə baxmayaraq, dəyişdirilmədi. Ölkə neftdən asılılıqdan qurtula bilmədi. Büdcənin 85 %-ə qədəri, ixrac məhsullarının 95%-ə yaxını məhz neftin payına düşdü. İnvestisiya adı ilə sərf edilən vəsaitlər infrastruktur layihələrindən o tərəfə keçə bilmədi. Hökümət qoyduğu hər manatın 0.10 manat gəlir gətirməli olduğunu unutdu. Layihələrə xərclənən vəsaitlər şişirdildi, talan, korrupsiya baş alıb getdi və davam edir.
İdxal-ixrac, maliyyə-bank siyasətləri neftin dünya bazarında qiymətinə söykəndi və hər bir məmur oliqarxa çevrildi.
Bu gün bunları yenidən sadalamağa heç ehtiyac duyulmur. Hər kəs hər şeyi bilir, görür və öz həyatında hiss edir. Çox güman ki, indi iqtidar mənsubları da bu problemləri hiss edə bilir, daha əvvəlki eyforik vəziyyətdə deyillər.
Azərbaycanın çətin dönəmidir. Xarici və daxili təzyiqlər ciddi, ardıcıl, düşünülmüş addımlar atılmasa sabitliyi poza, ölkəni kataklizmlərlə üz-üzə qoya bilər. Kimin səhvidir, niyə oldu, kim cavab verməlidir sualları bizim axtardığımız və ya araşdıracağımız məsələ deyil. Siyasi institut olaraq, böhrandan çıxış yollarını göstərmək və öz təkliflərimizi vermək bizim vəzifəmizdir. İqtidarın vəzifəsi siyasi institutların, ictimaiyyətin səsini eşitmək və onunla hesablaşaraq problemləri həll etməkdir. Biz vəzifəmizi icra edirik.
Azərbaycanın bu günkü problemlərinin mahiyyəti
Daxili siyasət üç amil üzərində formalaşdırılır:
- Siyasi problemin mahiyyəti
Daxili siyasət üç amil üzərində formalaşdırılır:
- Dövlət marağı
- Cəmiyyət marağı
- İqtidar marağı
- Dövlət maraqları;
- Yaxın qonşu və müttəfiqlərin maraqları;
- İri dövlətlərin və beynəlxalq təşkilatların maraqları;
- İqtisadi problemin mahiyyəti
- Siyasi və iqtisadi böhranın birləşməsinə imkan verilməməli:
- Bir sıra nazirliklər birləşdirilməli, 20 nazirlik əvəzinə, aşağıdakı 15 nazirlik yaradılmalıdır:
- Tikinti sektorunun inkişafını təmin etmək üçün bütün maneələr aradan qaldırılmalı,( nəzərə alınmalıdır ki, yeganə sektor olaraq xammal bazasını 85%-ə qədəri ölkə daxilindədir.)
- Kənd təsərrüfatı məhsullarının ölkədə yetişdirilərək xaricə ixracına görə 18% ƏDV-nin sahibkara ödənilməsinə şərait yaratmaqla bu sektorun inkişafını təmin etməli;
- Xidmət sahələrinin Rəqabət mühitində inkişaf etdirilməsi üçün bütün maneələr aradan qaldırılmalı; (rabitə şirkətlərinin gəlişi, diller şirkətlərinin fəaliyyətləri, nəqliyyat, yükdaşıma sahəsində inhisarçılığın aradan qaldırılması.)
- Maliyyə-kredit siyasətində dövlətin süni qiymət qoyma və tənzimləmə siyasəti dəyişməli, maaşlar indeksləşməli, üzən manat siyasəti ilə yanaşı, üzən qiymət siyasətinə üstünlük verməli;
- Şəffaf və sərt gömrük siyasətinə keçilməli, dövlətin və sahibkarın mənafeyi qorunmalı; Bunun üçün;
- İdxal olunan mallara süni qiymət qoyma siyasəti olmamalı;
- Saxta invoyslarla qiymətlər aşağı yazılmamalı;
- Qiymətlərin tənzimlənməsi beynəlxalq birjalara və mövcud bazar (alındığı ölkədə) qiymətlərinə uyğun müəyyən edilməli;
- Neft və neft məhsullarının satışı sərbəstləşdirilməli, birjalar vasitəsi ilə həyata keçirilməli, sahibkarların bu prosesdə iştirakına sərbəst şərait yaradılmalı;
- Krediti olan vətəndaşların faiz dərəcəsi artırılmadan kreditlərin ödəmə müddəti iki dəfəyə qədər uzadılmalı və müqavilə bağlanılan andakı mövcud kurs ( dollar kursu) əsas götürülməli, bankların fəaliyyəti üçün onlara dəyən ziyanı dövlət öz üzərinə götürməli;