Sosial şəbəkədə biz:

Qusarda hündürlükdən yıxılan kişinin meyiti tapıldı - Yenilənib

22 October 2019, 12:19
Gündəm

Qusarda 32 yaşlı kişi hündürlükdən yıxılaraq dərəyə düşüb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusarın Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. 

***

APA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.