Sosial şəbəkədə biz:

Vergilər Nazirliyi Prezidentin qərarını ləğv etdi

<span style="color: #000000;"><strong>Vergilər Nazirliyi Prezidentin qərarını ləğv etdi</strong></span> Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb. “Qafqazinfo” xəbər verir ki,  bu barədə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində deyib. O qeyd edib ki, sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib: “Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda post terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra  mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol