Sosial şəbəkədə biz:

Bakıda qadın estetik əməliyyat zamanı öldü

25 October 2019, 11:47
Gündəm

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

“ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.