Sosial şəbəkədə biz:

Naxçıvanda da qanunsuz evlər və yardımçı tikililər söküləcək

<strong><span style="color: #ff0000;">Naxçıvanda da qanunsuz evlər və yardımçı tikililər söküləcək</span></strong> Naxçıvanda 2015-ci ildə aparılan yoxlamalar zamanı Muxtar Respublikanın şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına da rast gəlinib. APA-nın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Muxtar Respublika üzrə 713 vətəndaşın 46,5 hektar torpaq sahəsindən qanunsuz istifadə etdiyi aşkarlanıb, 10 qanunsuz fərdi yaşayış evi, 341 qanunsuz yardımçı tikili qeydə alınıb. Aşkarlanmış faktlar aktlaşdırılaraq torpaqların əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıqlar edilib. Hazırda torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol