Sosial şəbəkədə biz:

Finalın Bakıda keçiriləcəyi barədə məlumat təsdiqini tapmadı

20 September 2017, 21:18
Gündəm
2019-cu ildə UEFA Çempionlar Liqasının finalı Bakıda olmayacaq. Belə ki, 2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Çempionlar Liqasının finalı isə Madridin \"Vanda Metropolitano\" stadionunda baş tutacaq. Xatırladaq ki, dünən Eurosport və digər saytlar Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyini yazmışdılar.