Sosial şəbəkədə biz:

Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı - FOTOLAR

<span style="color: #000000;"><strong>Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı - FOTOLAR</strong></span>

Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı.
Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.
"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.
Hazırda bütün "exchange"lər bağlıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol