Sosial şəbəkədə biz:

Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı

<span style="color: #000000;"><strong>Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı</strong></span> Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb. Xeberler.az bildirir ki, bir müddət öncə Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov vəzifəsindən azad edilib. Qeyd edək ki, Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da, bu barədə məlumat verilməyib. Bəxtiyar Məmmədov 2005 –ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb. RYTN-in Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol