Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdi
Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elnur Şahbaz oğlu
Rzayevi Xaçmaza və Anar Aqil oğlu Tağıyevi Yevlax Şəhər İcra
Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
Unikal.org-un
məlumatına görə, artıq hər iki yeni icra başçısını kollektivə
Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal
Nağdəliyev təqdim edib.
Hər
iki yeni icra başçısının təqdimat tədbirində icra hakimiyyəti
aparatının kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə
orqanlarının əməkdaşları iştirak edib.