Yunis Hüseynov istefa verdi
Çətin günlərini yaşayan “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov istefa verib.
“Qafqazinfo” xəbər verir ki, o, klubda idman direktoru vəzifəsinə geri dönüb.
Baş məşqçi vəzifəsini isə Elbrus Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Yunis Hüseynov baş məşqçi postunda elə Elbrus Məmmədovu əvəzləmişdi.