Sosial şəbəkədə biz:

Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO

20 November 2019, 21:33
Gündəm

Millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanın sosial mediada yeni görüntüsü yayılıb.

Dahi sənətkarla aşıq Namiq Fərhadoğlu görüşüb. Z.Xanlarova ilə görüşü lentə alan Namiq həmin videonu şəxsi İnstagram hesabında paylaşıb.

Xalq artisti aşığın ünvanına xoş sözlər ünvanlayıb.

Namiq yayımladığı videoya “Zeynəb Xanlarovadan bu sözləri eşitmək necə də xoş oldu” şərhini verib.