Sosial şəbəkədə biz:

Xızıya gələn turistlər qarlı havada çətin vəziyyətdə qaldı

23 November 2019, 12:17
Gündəm

Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər. 

Bu barədə Daxili İşlər Nazirliyində məlumat verilib.

Bildirilib ki, “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.