General xaricdən gətirilən maşınların gömrük rüsumundan danışdı
"Ölkəyə gətirilən minik avtomobillərlə bağlı gömrük rüsumlarının aşağı salınması bizim səlahiyyətimizdə deyil".
"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Gömrük Komitəsi icraedici orqandır: "Əgər rüsumların aşağı salınması ilə bağlı qərar olarsa, biz buna etiraz etmərik".