Sosial şəbəkədə biz:

“Çalıquşu” romanının yazıldığı ev yanıb kül oldu - FOTO

06 January 2020, 20:16
Gündəm

Türkiyənin Tekirdağ bölgəsində yazar Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ev yanıb.

Ərtoğrul məhəlləsində yerləşən ev yanğın nəticəsində istifadəyə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, türk ədəbiyyatının tanınmış simalarından olan Rəşad Nuri Güntəkin "Çalıquşu" romanının bir hissəsini həmin evdə yazıb.

Azvision.az