Sosial şəbəkədə biz:

Tikinti-abadlıq işləri görənlər xeyli sayda abonenti qazsız qoydu

21 January 2020, 21:51
Gündəm

Yanvarın 21-də saat 15:00 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsində tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.
Azəriqaz İB-nin mətbuat xidmətindən verilən məlumata görə, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb.
Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.