Sosial şəbəkədə biz:

Bahar Lətifqızı toy biznesindən danışdı: “Toy sahibi neçəyə getdiyimi soruşanda...” (VİDEO)

04 February 2020, 20:52
Gündəm

ARB TV-nin "Söhbət var” verilişinin növbəti qonağı ifaçı Bahar Lətifqızı olub.
Müğənni bəzi sənət yoldaşlarının onun toy biznesinə mane olduğunu deyib:
"Bakıda 3 min 500 manata toya gedirəm. Məsələn, məni çağırmaq istəyən toy sahibi neçəyə getdiyimi soruşanda hansısa müğənni və ya prodüsserdən soruşur.
Ona deyirlər ki, Bahar xanım 5 min manata gedir. Sonra mənə deyirlər ki, sizi istədik, baha olduğu üçün vaz keçdik. Mən də deyirəm ki, 5 min görmüşəmsə, mənə lənət olsun”.