Sosial şəbəkədə biz:

Türk bayrağını cıran millət vəkilinə verilən cəza bəlli oldu

11 February 2020, 21:21
Gündəm

Avropa Parlamenti Türkiyə bayrağını cıran Yunanıstanın irqçi millət vəkili İonnis Laqosa aylıq müavinətin tutulması və 4 gün parlament fəaliyyətlərində iştirak etməmək cəzası verib.
Laqosun türk bayrağını cırması Türkiyədə böyük narazılığa səbəb olduqdan sonra sözügedən millət vəkili haqqında cinayət işi açılmışdı.
Qeyd edək ki, Laqos yunan vətəndaşlarının 70 faizinin qanunsuz miqrasiyaya qarşı olduğunu və mühacirlərin ölkə əhalisinə hücum etdiyini iddia edərək türk bayrağını cırmışdı. Moderator.az