Sosial şəbəkədə biz:

Mediadan uzaq düşən Zurufçudan XƏBƏR VAR

25 January 2016, 14:20
Gündəm
Yaqub Zurufçu Almaniyaya gedir. Azərbaycanın Əməkdar artisti Avropada baş tutacaq tur konsertlərinə hazırlaşır. Bu barədə hafta.az-a son bir neçə aydır mediada görünməyən sevilən müğənninin özü məlumat verib. Yaqub Zurufçu deyib ki, belə konsertlər artıq  ənənə halını alıb.  Əməkdar artistimiz konsertlərin uğurla keçəcəyinə böyük ümid bəslədiyini deyib:   “Pərəstişkarlarımla görüş  Almaniyanın ən böyük şəhərlərində - Duseldorf, Hamburq və Kölndə baş tutacaq. Konsertin təşkilati işləri ilə mənim Avropa menecerim və orada böyük konsertlərin təşkilatçısı olan şirkət məşğul olur. Birinci konsertimiz aprel ayının 14-də Kölndə, 15-də Hamburqda, 16-da isə Frangfurt şəhərlərində gerçəkləşəcək. Mən Almaniyada yaşayan o taylı-bu taylı həmvətənlərimizi, əsl musiqisevərləri, öz konsertimə dəvət edirəm”. Qeyd edək ki, bu il 60 yaşı tamam olacaq müğənni Təbrizdə doğulub. 2009-cu ildə Azərbaycan vətəndaşlığı alıb. Elə həmin il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.