Koronavirus paytaxt restoranlarını da “vurdu” - stəkanda içki içmirlər, müştərilər azalıb
Dünyanın bir çox ölkəsində yayılan koronavirus infeksiyası
kafe-restoranların işinə də öz təsirini göstərib. Belə ki, kütləvi
yerləri bu virusa yoluxmaq üçün təhlükəli hesab edən insanlar
restoranlara getməkdən ehtiyat edirlər.
Azərbaycanda 3 nəfərin koronavirusa yoluxması xəbərindən sonra bir çox
valideynlər uşaqlarını məktəb və bağçalara getməyə qoymurlar. Sosial
şəbəkələrdə yayılan məlumatlara görə, koronavirus Bakıda kafe və
restoranların işinə də mənfi təsir göstərib, bu yerlərdə müştərilərin
sayı azalıb.
Əməkdaşımız paytaxtdakı bir neçə restoranla əlaqə saxlayaraq, koronavirusun onlara təsiri barədə məlumat öyrənib.
“Büyükfırat” restoranından Modern.az-a verilən məlumata əsasən, müştərilərin artıb-azalmasında heç bir dəyişiklik yoxdur:
“Sadəcə içkilərdə problem olur, müştərilər içkilərin ağzı bağlı verilməsini istəyirlər, stəkanlarda içmirlər”.
“Boranı” restoranından isə mövzu ilə bağlı danışmaq istəməyiblər.
“Qədim Qəbələ” restoranından isə koronavirusun müştərilərin sayına təsir etdiyi bildirilib:
“Belə bir virusun yayılmasından sonra müştərilərin sayında azalmalar
müşahidə olunur. Restoranların yaxşı fəaliyyət göstərməsi cəmiyyətimizin
ruh halından və imkanlarından asılıdır.
Virusun
yayılmasından sonra müəyyən faiz kütlə, səhhətini, sağlığını daha çox
sevən insanlar yeməklərin hazırlanması və təmizlik haqqında suallar
verirlər.
Normalda
daimi müştərilərimiz məhsullarımızın keyfiyyətindən çox məmnundurlar,
müəyyən az faiz kütlə istifadə olunan ərzaq haqqında maraqlanırlar.
Bu virus yayıldıqdan sonra əksəriyyət insanlarınən çox maraqlandıqları dəniz məhsullarının keyfiyyətidir”.