Sosial şəbəkədə biz:

Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad olunur

14 March 2020, 13:55
Gündəm

Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir.

Report xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərə biləcəklər.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.