Sosial şəbəkədə biz:

SALYANIN POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI - Əli Həsənovun qaynı başqa işə keçirilib...

17 March 2020, 20:01
Gündəm

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Azinforum.az xatırladır ki, C.Vəliyev Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaynıdır.