Goranboy rayon İcra Hakimiyyətinin məsul işçiləri bir aylıq vəzifə maaşlarının 50 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiblər
Goranboy rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşularaq, ölkəmizdə Koronavirusla bağlı aparılan mübarizə tədbirlərinə dəstək olmaq məqsədi ilə, bir aylıq vəzifə maaşlarının 50 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiblər. Bu barədə məlumatı Azinforum.az-a Goranboy rayon İcra Hakimiyyətinindən bildiriblər.