Ermənistanda 407 nəfər virusa yoluxdu
Ermənistanda koronavirusa yoluxanların sayı artmaqdadır.
Azvision.az News.am saytına istinadla xəbər verir ki, ölkədə yoluxanların sayı 407 nəfərə çatıb. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaranıb:
"Təəssüf ki, xəstələrin sayında artım qeydə alırıq. Gün ərzində 35 yeni yoluxma olub. Bu o deməkdir ki, koronaviruslu xəstələrin ümumi sayı 407-dir".