Sosial şəbəkədə biz:

Yaşı 65-dən yuxarı olan deputatlar bugünkü iclasa qatılmayıblar

30 March 2020, 11:30
Gündəm

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

Yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.