Sosial şəbəkədə biz:

ABŞ Azərbaycan hökumətinin tənqidlərinə cavab verdi

Son günlər Azərbaycanın rəsmi mediasında Amerika prezidenti, dövlət katibi, bu ölkədə insan hüquqları və korrupsiya ilə bağlı kəskin ittihamedici məqalələr dərc edilir. Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi “Amerikanın Səsi”nin sualına cavab verib. Cavabda deyilir: “Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif ölkələrində cərayan edən olayları yaxından izləyir və müntəzəm olaraq narahatlıq doğuran məsələlər barədə məlumatı həm özəl görüşlər vaxtı, həm də ictimayyətlə açiq şəkildə paylaşır. Biz dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayırıq. Həmçinin, biz digər xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol