Sosial şəbəkədə biz:

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

15 May 2020, 09:30
Gündəm

Azərbaycanda prokurorluq orqanlarında islahatlar davam edir.


Xətai rayon Prokurorluğundan saytımıza verilən məlumata görə, Baş prokuror Kamran Əliyev Xətai rayonunun prokuroru Yusif İldırımzadəni tutduğu vəzifədən azad edib. Bununla bağlı K. Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Y. İldırımzadənin 70 yaşı var və o, yaş həddinə görə təqaüdə göndərilib.

Hazırda Xətai rayon prokuroru vəzifəsini Nazim Quliyev müvəqqəti icra edir.(unikal.org)